DÜNYA ÖZ XƏBƏR

Erməni əsilli deputatdan Ərdoğana: "Azərilər, ermənilər, türklər, kürdlər... Qucaqlaşmaq vaxtıdır"

Türkiyə HDP Diyarbəkir Millət vəkili Garo Paylan Türkiyə-Ermənistan sərhədinin 30 ildir bağlı olduğunu bildirərək, prezident Rəcəb Tayyib Ərdoğana ismarıc göndərib.

32gun.az Türkoyə KİV-nə istinadən bildirir ki, erməni əsilli Qaro Paylan Türkiyə-Ermənistan sərhədində, illərdir bağlı olan Akyaka Sərhəd Qapısında Qarsa gedərək vətəndaşlarla açıqlama verib.

HDP-li deputat sərhəddin adına Hrant Drink qoymağı ilə bağlı təklif də irəli sürüb:

“Türkiyə-Ermənistan sərhədinin  açılmasında ən çox səy göstərənlərdən biri , Hrant Dink idi.

Onun ən böyük arzusu bu sərhədin açılması və türk, kürd, azəri və erməni xalqlarının sərhəddə birlikdə rəqs etməsi idi. 

Gəlin bu sərhədi açaq, bu sərhədi Hrant Dink qoyaq.

 Hrant Dinkin sülh və qardaşlıq ideyaları bu sərhəddə yaşasın.

Azərilər, ermənilər, türklər, kürdlər bu coğrafiyanın insanlarıdır və təəssüf ki, bir əsrdir yaşadığımız travmalar ucbatından ayrılıblar.

Türklərin, ermənilərin, kürdlərin qucaqlaşma vaxtıdır. İki il əvvəl Azərbaycan Ermənistan isə müharibə keçirdi.

Bu müharibədən sonra həm Türkiyə, həm də Ermənistan normallaşdı: “Azərbaycan-Ermənistan sülh prosesi ilə yanaşı, Türkiyə və Ermənistan da xüsusi nümayəndələr təyin edərək danışıqlara başladılar”.

Xatırkadaq ki, Garo Paylan bir neçə gün öncə Laçın dəhlizi ilə bağlı Çavuşoğluna müraciət etmişdi.

Nilufər 

Oxşar Xəbərlər