
2015-ci ildə Covid-19-a bənzər bir epidemiyaya ölkələrin hazır olmadığını deyən və xəbərdarlıq edən milyarder iş adamı Bill Qeyts yeni proqnozla çıxış edib.
32gun.az xarici KİV-ə istinadən bildirir ki, Qeyts Avstraliyanın Sidney şəhərində qatıldığı konfransda diqqətçəkən açıqlamalar verib.
Epidemiyalarla mübarizəni təkmilləşdirmək üçün bütün ölkələrin Covid-19 pandemiyasından dərs almalı olduğunu deyən Bill Qeyts sözlərinə belə davam edib:
"Növbəti pandemiyanın Covid-19-dan daha qəddar və texnogen olaraq dəyişdirilmiş bir virus tərəfindən törədiləcəyi ehtimalı var.
Biz hər beş ildən bir həm ölkə, həm də regional səviyyədə mümkün pandemiya üçün hərtərəfli təlim keçirməliyik”.
Qeyts keçmiş həyat yoldaşı ilə birlikdə qurduğu Bill və Melinda Qeyts Fondunun işinə dəstək istəyib: "Siz həqiqətən min dollara bir həyat xilas edə bilərsiniz və bundan daha qaneedici bir şey yoxdur". Qeyts qeyd edib ki, sözügedən nağd pul səhiyyə, enerji və təhsil sektorlarında qlobal bərabərliyə nail olmaq üçün istifadə olunacaq.
Nilufər