DÜNYA ÖZ XƏBƏR

Mark Rutte Makronla görüşəcək - Ukraynadakı müharibə müzakirə ediləcək

Hollandiyanın baş naziri Mark Rutte Fransa prezidenti Emmanuel Makronla görüşəcək.

32gun.az xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti məlumat yayıb.

"Baş nazir Rutte 30 yanvar 2023-cü ildə Fransa prezidenti Makronu qəbul edəcək".

Görüş zamanı Ukraynadakı müharibə, miqrasiya və iqtisadiyyat məsələləri müzakirə olunacaq.

Qeyd olunur ki, Hollandiya və Fransa liderlərinin görüşü fevralın 9 və 10-da Brüsseldə keçiriləcək fövqəladə Aİ sammitinə həsr olunub.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər