
Kolumbiyalı məşhur DJ Valentina Trespalacios vəhşicəsinə qətlə yetirilib.
32gun.az xarici KİV-nə istinadən xəbər verir ki, 23 yaşlı qadın DJ-in cəsədi paytaxtdakı zibillikdən tapılıb.
İstanbula qaçmağa hazırlaşan qadının narkotik karteli tərəfindən qətlə yetirildiyi iddia olunub. Bu iddia ilə DJ-in amerikalı sevgilisi çıxış edib.
Gənc qadının öncə döyüldüyü daha sonra isə boğularaq öldürüldüyü məlum olub. Kartel dəstələri onun cəsədini çamadana qoyaraq, zibilliklərdən birinə atıblar.
DJ-in sevgilisi qətldə şübhəli bilinərək saxlanılıb. Belə ki, o, qadının ölümündən sonra İstanbula qaçarkən, Panama hava limanında saxlanılıb.
Hazırda cinayətlə bağlı araşdırmalar davam etdirilir.
Nurlan