DÜNYA ÖZ XƏBƏR

Arvadından boşanan kişidən DƏHŞƏTLİ ƏMƏL: 3 uşağını asıb, intihar etdi

İstanbulda dəhşətli hadisə baş verib.

32gun.az Türkiyə KİV-nə istinadən bildrir ki, Mehmet Altun və üç uşağının İstanbul yaşayış komplekslərinin birindı qazanxanada asılmış halda ölü  tapılıb.

Binanın texniki işçisindən xəbər ala bilməyən sakinlər onun  iş yoldaşına zəng edib. Bundan sonra Mehmet Altunun iş yoldaşı polislə birlikdə binadakı qazanxanaya gəlib.

Çilingərin köməkliyi ilə qazanxanaya daxil olan polis Mehmet Altun, 7 və 13 yaşlı iki oğlan və bir qızın asılmış meyitlərini aşkar edib. 

Məlumatda Mehmet Altunun həyat yoldaşı ilə problem yaşadığı və arvadının evi tərk etdiyi qeyd edilib.

Hadisə günü M.Altunun uşaqları ilə şam yeməyi yediyi, daha sonra binadakı qazanxanada uşaqlarını və özünü asaraq intihar etdiyi iddia edilib. Olay yerində aparılan araşdırmalardan sonra meyitlər morqa aparılıb.

Hadisə ilə bağlı danışanlardan biri "Uşaqları burada qalmır, kənardan gətirib" deyə bildirib.

Ayxan 

 

Oxşar Xəbərlər