
Türkiyədə 22 yaşlı gənc ağacdan asılı vəziyyətdə tapılıb.
32gun.az yerli KİV-nə istinadən xəbər verir ki, hadisə yerinə gələn tibbi yardım qrupları gəncin öldüyünü müəyyən edib.
Diqqət çəkən məqam isə gəncin sosial şəbəkə hesabındakı son paylaşımı olub. O, paylaşımında, "Mən pis biri deyiləm, sadəcə susmağı bacarıram" - deyə qeyd edib.
Bildirək ki, onun hansı səbəbdən intihar etdiyi bəli deyil.
Hadisə ilə bağlı araşdırma aparılır.
Nurlan