
ABŞ prezidenti Co Bayden ukraynalı həmkarı Vladimir Zelenski ilə silah tədarükü ilə bağlı telefon danışığı aparmaq niyyətindədir.
32gun.az xəbər verir ki, bu barədə ABŞ lideri jurnalistlərə açıqlamasında bildirib.
O, Zelenskinin qərb qırıcıları və uzaqmənzilli raketlər də daxil olmaqla yeni silah tələblərinə münasibəti barədə suala, “Biz danışacağıq”- deyə, cavab verib.
Qeyd edək ki, Bayden Kiyevin son günlər tələb etdiyi F-16 qırıcılarını Ukraynaya ötürmək fikrində olmadığını qeyd edib.
Nurlan Şiraliyev