DÜNYA ÖZ XƏBƏR

ABŞ Rusiyanı ittiham etdi - Bu səbəbə görə

ABŞ Dövlət Departamenti Rusiyanı "START" müqaviləsini pozmaqda ittiham edib.

32gun.az "The Wall Street Journal" nəşrinə istinadən xəbər verir ki, bu barədə departamentin Konqresə göndərdiyi hesabatda bildirilib.

Məlumata görə, iddianın mahiyyəti ondan ibarətdir ki, Moskva təftişlərə icazə verməkdən imtina edib və Vaşinqtonun sənədə uyğunluq məsələlərini müzakirə etmək üçün görüş keçirmək xahişlərini rədd edib.

Qeyd edək ki, Rusiya 2011-ci ildə imzalanmış müqaviləni (Strateji Hücum Silahlarının Azaldılması Haqqında Müqavilə) pozmaqda ittiham olunur. 

Nurlan Şiraliyev

Oxşar Xəbərlər