
"Federal Təhqiqat Bürosu (FTB) ötən ilin noyabr ayında ABŞ prezidenti Co Baydenin Vaşinqtondakı ofisinə basqın edib".
32gun.az xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.
Məlumata görə, bu əməliyyat məxfi sənədlərin aşkar edilməsi üçün həyata keçirilib. Axtarış zamanı 12 sənəd tapılıb.
Qeyd edək ki, Ağ Ev FTB-nin axtarışı ilə bağlı məlumat verməyib.
Nurlan Şiraliyev