DÜNYA ÖZ XƏBƏR

Davudoğlu sui-qəsdlə bağlı Ərdoğanı hədəf aldı

Gələcək Partiyasının sədri Əhməd Davudoğlu Ankarada sui-qəsd nəticəsində öldürülən keçmiş Ülkü Ocakları başqanı Sinan Ateşlə bağlı daha abir açıqlama verib.

32gun.az bildirir ki, "tvitter"də paylaşım edən partiya sədri,prezident Ərdoğanı hədəf alıb.

"Cənab Ərdoğan, niyə susursunuz. Ankarada paytaxtın göbəyində igid bir gənc itdi, niyə ondan hesab çəkmirsiniz? Bəs dünya lideri idiniz? Sən heç Ankaranın lideri də deyilsən. Ankaranın küçələrinin lideri olun, cənab Ərdoğan” dedi.

Qeyd edək ki, Türkiyənin Ülkü Ocaqları Tədris və Mədəniyyət Mərkəzinin keçmiş sədri Sinan Atəşə Ankaranın Çankaya rayonunda silahlı hücum olub. Sinan Atəş ofisdən çıxıb cümə namazı üçün məscidə gedərkən motosiklet sürücüsü onu başından vurub. Atəş hadisə yerində həyatını itirib.

Nilufər

Oxşar Xəbərlər