DÜNYA ÖZ XƏBƏR

Əsəbiləşən səyyar satıcı 4 polisi güllələdi

Türkiyənin Malatya bölgəsində dəhşətli hadisə baş verib.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, Polis əməkdaşları Battalgazi rayonundakı Cümhuriyyət Meydanında avtomobili ilə satış edən A.K.-ya (22) xəbərdarlıq edib.

Olunana xəbərdarlığa baxmayaraq ərazini tərk etməyən A.K ilə polislər arasında mübahisə yaranıb. 

Mübahisədən sonra ərazini tərk edən A.K daha sonra gəldiyi hadisə yerində maşınına götürdüyü ov tüfəngindən polis əməkdaşlarına atəş açıb. 

O, 4-ü polis olmaqla 7 nəfəri yaralayıb. Hadisə yerinə çoxlu sayda polis əməkdaşalrı və təcili yardım maşını göndərilib.

Yaralılar şəhərin müxtəlif xəstəxanalarına yerləşdirilib. Hadisəni törədən şəxs isə saxlanılıb. Xəstəxanada müalicə alan yaralıların durumlarının yaxşı olduğu qeyd edilib.

Nilufər 

Seyyar satıcı zabıta tartışması kanlı bitti: 4'ü zabıta 7 yaralı

Oxşar Xəbərlər