
Xəbər verdiyimiz kimi, qardaş ölkə Türkiyədə 1000-dən çox insanın ölmünə səbəb olan dəhşətli zəlzələ baş verib.
Hətta Türkiyənin məşhur güləşçisi Taha Akgülün bildirdiyinə görə 40-a yaxın idmançının olduğu bina çöküb və onlar dağıntılar altında qalıb.
Qardaş ölkəyə yollanan hadisə bölgəsinə yaxın ərazidə idmançıların olub-olmaması ilə bağlı Gənclər və İdman Nazirliyi ilə əlaqə saxladıq.
32gun.az-a danışan nazirliyin mətbuat katibi Qabil Mehdiyev onların xətti ilə heç bir idmançı və ya komandanın Türkiyəyə yollanılmadığını bildirib:
"Bizdə olan məlumata görə, Türkiyəyə yarış üçün gedən taekvondoçumuz var. O da İstanbuldadır".
Ayxan