
Xəbər verdiyimiz kimi, Türkiyənin Kahramanmaraş bölgəsində baş verən zəlzələ Malatyada da böyük dağıntılara səbəb olub.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, dağıntılara məruz qalan yerlərdən biri Yeşilyurt rayonunda 3 il əvvəl tikilmiş bina olub.
Belə ki, Turqut Özal bulvarında fəaliyyət göstərən "Trend Garden Residence" zəlzələ nəticəsində tamamilə dağılıb.
Qeyd edək ki, 41 mənzildən ibarət iqamətgahda çox sayda insanın dağıntılar altında qaldığı bildirilib.
Nurlan