HADİSƏ ÖZ XƏBƏR

Bakıda QƏZA: Prius polis əməkdaşını vurdu (VİDEO)

Bakının "Koroğlu" metrostansiyasının yaxınlığında piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

32gun.az-ın məlumatına görə, bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.

Belə ki, qəza nəticəsində "Toyota Prius" markalı avtomobil polis əməkdaşını (PPX) vurub. Qəza yerinə təcili tibbi yardım çağırılıb. Xəsarət alan polis xəstəxanaya aparılıb.

Bildirək ki, hadisə Milli Gimnastika Arenasının qarşısında qeydə alınıb.

Nilay

Oxşar Xəbərlər