
Məlum olduğu kimi, Qəhramanmaraşda baş verən və 10 vilayətdə dağıntılara səbəb olan 7,7 bal gücündə zəlzələdə “Hatayspor”un futbolçusu Kristian Atsu dağıntılar altında qalıb.
32gun.az bildirir ki, İngiltərə Premyer Liqasının nəhənglərindən olan "Nyukasl Yunayted" keçmiş futbolçu ilə bağlı paylaşım edib
Paylaşımda "Şad xəbərlər üçün dua edirik" şərhi yazılıb.
Bildirək ki, Mərkəzi Qəhramanmaraş olan 7,7 və 7,6 bal gücündə zəlzələlərin Hatayda təsiri çox güclü olub. "Hatayspor"un idman direktoru Taner Savut və qanalı futbolçu Kristian Atsu dağıntılar altında qalıb.
“Hatayspor”un texniki heyətindən Ekrem Ekşioğlu və Osman Ateş dağıntılar altından çıxarılıb. Ancaq Taner Savut və Kristian Atsudan hələlik xəbər yoxdur. Komandalar iki nəfəri tapmağa çalışır.
Ayxan