
Estoniyanın Rusiyadakı səfiri Marqus Laidre Moskvadakı iqamətgahını tərk edib.
32gun.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Qeyd edək ki, bir müddət əvvəl, Estoniya səfiri Rusiya XİN-ə çağırılaraq, Estoniya hakimiyyətinin hərəkətləri ilə bağlı ona qarşı sərt etiraz edilmişdi. Həmçinin, diplomata fevralın 7-də Rusiyanı tərk etməsi ilə bağlı tapşırıq verilmişdi.
Nurlan