DÜNYA ÖZ XƏBƏR

Rusiya bu ölkənin səfirini QOVDU - fevralın 7-dək ölkəni tərk etməlidir

"Rusiya Estoniya ilə diplomatik münasibətlərin səviyyəsini minimuma endirib".

32gun.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Nazirlik bildirib ki, ikitərəfli münasibətlərin belə inkişafı üçün bütün məsuliyyət tamamilə Estoniyanın üzərinə düşür.

Qeyd edək ki, Estoniya səfiri Rusiya XİN-ə çağırılıb və Estoniya hakimiyyətinin hərəkətləri ilə bağlı ona qarşı sərt etiraz edilib. Diplomata fevralın 7-də Rusiyanı tərk etmək əmri verilib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər