
Xəbər verdiyimiz kimi, Qəhrəmanmaraşda baş verən zəlzələdən sonra Türkiyənin güləş üzrə millsinin üzvü Taha Akgül 30-40 idmançının dağıntılar altında qaldığını qeyd edib.
Bu gün isə Akgül 2 pəhləvanının dağıntılar altından xilas edildiyini bildirib.
32gun.az bildirir ki, idmançı həmin anlarla bağlı yeni paylaşım edib.
"Milli komandadan olan dostlarımız Ahmet və Utku çox şükür dağıntılar altından çıxarılıb" deyə qeyd edib.
Digər tərəfdən Türkiyə Güləş Federasiyası xilas edilən güləşçilərin sayının 8 olduğunu açıqlayıb.
Nilufər