
ABŞ ordusunun naməlum uçan obyekt (UNO) vurduğu iddiası dünya gündəmini alt-üst edib.
Pentaqon TSİ açıqlama verərək obyektin vurulduğunu təsdiqləyib.
Həmçinin onlar obyektin "potensial müşahidə imkanlarına görə" vurulduğunu qeyd edib.
32gun.az xəbər verir ki, "Tesla" və "SpaceX"in qurucusu İlon Mask da naməlum obyektlə bağlı paylaşımına “Narahat olmayın, mənim bir neçə yadplanetli dostum gəldi” ifadələrini əlavə edib.
Digər tərəfdən, UNO-nun müxtəlif görüntüləri də təqdim edilib.
Ayxan