SOSIAL

Dini klip çəkilən məktəbin rəhbərliyi cəzalandırılıb

Təhsil naziri Emin Əmrullayev məktəbdə şagirdlərin iştirakı ilə dini məzmunlu klipin çəkilməsinə münasibət bildirib.

32gun.az-ın məlumatına görə, nazir bu gün keçirdiyi brifinqdə deyib ki, kliplərin məzmunundan asılı olmayaraq məktəblərdə çəkilməsi qaydalara ziddir.

"Bu qeyri-qanunidir. Məktəb rəhbərliyi barədə intizam tədbiri görülüb", - deyə nazir vurğulayıb.

Oxşar Xəbərlər