
2015-ci ildə İngiltərənin Suffolk qraflığındakı Polstead kilsəsi yaxınlığında 600.000 funt sterlinq (təxm:7 milyon dollardan çox) Bağ evi (Garden Cottage) alan Qarri və Kerry Hambling adlı məşhur milyarder cütlük həyatlarının şokunu yaşayıb.
32gun.az Xarici KİV-nə istinadən bildirir ki, böyük bir ərazini əhatə edən bağ evinə məxsus iki hektar ərazi qonşularıQarri və Cenni Uakerli cütlüyünə aid bir avtomobil yolunun qarşısındadır. Milyarder Hamblinq cütlüyü ilə Uakerli ailəsinin evləri cəmi bir neçə metr uzaqlıda yerləşib.
Elə problemin də əsas səbəbi həmin boş ərazidir. Belə ki, Hamblinqlər həmin ərazini “furqon və yük maşınları” üçün “avtomobil parkına” çevirməyi qərarına gəlib və planlaşdırma icazəsi alıb. Bundan sonra qonşular arasında mübahisə yaranıb. Uakerli ailəsi Hamblinqlərin sahəyə daxil olmasını əngəlləyərək, avtomobil yolunun hər iki tərəfində 6 fut (təxm: 2 metr)hündürlüyündə hasar çəkiblər.
1 milyon funtsterlinq dəyərində olan "Tills Farm Kotteci"ndə yaşayan Uakerli ailəsi, Hamblinq ailəsinin ön qapısından trasa qədər tikdiyi pilləkənləri bağlayıb və onların evlərinə bu istiqamətdə giriş-çıxışına mane olub.
Hər iki ailə bu səbəbdən məhkəməyə baş vurub. Məhkəmədə Hamblinq ailəsi qeyd edib ki, hasar onların evinin dəyərindən 100.000 funt sterlinq silib və girişi əngəlləyib.
Lakin hakimin qərarı heç dı Hamblinq ailəsinin ürəyinc olmayıb. Belə ki, hakim indi hasarın sökülməyə ehtiyac olmadığını və qarşı tərəfin onlara sadəcə 160,000 funt sterlinqlik zərər verdiyin qərar verib.
("Garden Cottage"də yaşayan Hamblinq ailəsi (sarı, solda vurğulanmışdır) .... "Tills Farm Cottage"də yaşayan Uakerli ailəsinin milyonçu qonşularının (qırmızı, sağda vurğulanmış) Hamblinq ailəsinin ərazilərinə daxil olmaq üçün ön qapılarından istifadə etmələrinə mane olan 6 futluq (təxm: 2 metr) hasar (sarı vurğulanmış, sağ))
Ayxan