DÜNYA ÖZ XƏBƏR

İş yoldaşını öldürüb, telefonunu arvadına hədiyyə etdi

Afyonkarahisarda yoxa çıxan 64 yaşlı 7 uşaq atasının iş yoldaşı tərəfindən öldürülərək tarlada basdırıldığı məlum olub.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, yanvarın 31-də Afyonkarahisardan Antalyaya işləməyə gedən  Şükrü Güven barəsində ailəsi bir müddət sonra xəbər ala bilməyib.

Bundan sonra   ailə üzvləri kömək üçün polisə müraciət edib və sosial şəbəkədə Güvəni axtarmağa başlayıb.

İstintaqı dərinləşdirən polis əməkdaşları Güvənin son görüşdüyü şəxslərdən biri iş yoldaşı 34 yaşlı Bəkir D.-ni saxlayıb.

Bəkir D. polisə ifadəsində fevralın 14-nə keçən gecə Güvənlə görüşdüyünü və birlikdə spirtli içki qəbul etdiyini bildirib.

Daha sonra aralarında mübahisə düşdüyün və yerdə tapdığı taxta ilə onun başına vuraraq öldürdüyünü bildirib. O qeyd edib ki, öldürdüyü iş yoldaşını İspartada boş bir ərazidə  basdırıb.

Bəkir D. ifadəsində həmin şəxsi öldürdükdən sonra onun mobil telefonunu götürüb və öz həyat yoldaşına hədiyyə edib.

Bəkir D.-nin ifadəsindən sonra polislər  Ispartanın Sütçülər rayonunda cəsədi boş ərazidə tapıblar. 

Ayxan

 

Oxşar Xəbərlər