
Diyərbakırda qəribə hadisə baş verib.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, N.G gəlini L.K ilə küçədə gedərkən yanlarına gəldiyi iddia edilən R.D tərəfindən sözlü təcavüzə uğrayıb.
Bundan sonra N.G evonə gedərək özü ilə silah götürüb.
Qadın götürdüyü silahla gəzərkən onıara sözlü təcavüz edən R.D ilə qarşılaşıb.
Çantasından tapançanı çıxaran qadın təcavüzçünü çiynindən və ayağından yaralayıb. Güllələnən şəxs hadisə yerindən qaçmağa çalışarkən həmin anlar mobil telefon kamerası tərəfindən lentə alınıb.
Hadisə yerinə polis və səhiyyə əməkdaşları göndərilib. Yaralı R.D-yə ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Yaralının vəziyyətinin yaxşı olduğu bildirilib.
N.G silahla birlikdə saxlanılaraq polis bölməsinə aparılıb. N.G polisə verdiyi ilk ifadəsində güllələdiyi şəxsin onu və gəlinini söydüyünü söyləyib.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Ayxan