
Xəbər verdiyimiz kimi, saat 12.04 radələrində Malatyada 5,6 bal gücündə zəlzələ baş verib.
32gun.az yerli KİV-nə istinadən xəbər verir ki, zəlzələ nəticəsində dağıntıya məruz qalan binadan əşyalarını götürməyə çalışan ata və qızı dağıntılar altında qalıb.
Axtarış-xilasetmə işləri nəticəsində hər iki şəxs sağ-salamat xilas edilib.
Qeyd edək ki, zəlzələ nəticəsində 1 nəfər həyatını itirib, 69 nəfər yaralanıb.
Nurlan Şiraliyev