
Türkiyədə mikroavtobusda yanğın baş verib.
32gun.az yerli KİV-nə istinadən xəbər verir ki, saat 17.00 radələrində baş verən yanğın nəticəsində 3 avtomobilə ziyan dəyib.
Yanğına səbəb kimi, mikroavtobusda əyləşən 14 yaşlı oğlanın alışqanla oynaması göstərilib.
Əlavə olaraq bildirək ki, dayanacaqda saxlanılan mikroavtobusun şüşələri sınmış, qapısı isə açıq vəziyyətdə olub. Bununla bağlı aidiyyatı qurumlara məlumat verilsə də, hər hansı tədbir görülməyib. Nəticədə mikroavtobusa daxil olan azyaşlı yanğına səbəb olub.
Qeyd edək ki, 14 yaşlı oğlan polis tərəfindən nəzarətə götürülərək, Uşaq Şöbəsinə təhvil verilib.
Nurlan Şiraliyev