DÜNYA ÖZ XƏBƏR

3 qardaşın ölümü ilə bağlı açılan məhkəmənin nəticəsi bəlli oldu

İspartanın Yalvaç rayonunda 3 il əvvəl baş verən yanğında 3 övladını itirən Altınbaş ailəsinin bələdiyyəyə qarşı açdığı təzminat davasının nəticəsi bəlli olub.

Bildirək ki, hadisə ilə bağlı səhlənkarlıq iddiası qaldırılmışdı.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, məhkəmə Yalvaç bələdiyyə sədrinə 1 milyon 635 min lirə təzminat cəzası verib.

Qeyd edək ki, sözügedən hadisə 7 fevral 2020-ci ildə baş verib.

Nurlan

Oxşar Xəbərlər