DÜNYA ÖZ XƏBƏR

3 nazir vəzifəsindən uzaqlaşdırıldı

Kolumbiyada prezident Qustavo Petro səhiyyə islahatı qanunu ilə razılaşmadığı üç naziri dəyişdiyini açıqlayıb.

32gun.az bildirir ki, Casa de Narino Prezident sarayında açıqlamalar verən Petro təhsil naziri Alejandro Qaviriya, idman naziri Maria İzabel Urrutia və mədəniyyət naziri Patrisiya Arizanın vəzifəsindən uzaqlaşdırıldığını qeyd edib.

Ölkənin başçısının bildirdiyinə görə, onların yerinə yeni şəxslər təyin edildilib. 

"İslahatlar ictimai müzakirəyə və hökumətdə konsensusa ehtiyac duyur. Qanunun Konqres və cəmiyyət tərəfindən təsdiq edildikdən sonra onları həyata keçirmək üçün çox qətiyyətli olmalıdırlar.

Bu dəyişiklik hökuməti bütün kolumbiyalıların sağlamlığını, pensiyalarını və rifahını yaxşılaşdırmaq üçün islahatlardan imtina etməyəcək.

Nazirlər Kabineti və mən prezident olaraq təkcə islahatların deyil, bütün kolumbiyalıların həyatını əhəmiyyətli dərəcədə yaxşılaşdıran bəzi islahatların həyata keçirilməsinə qərarlıyıq”. - deyə Petro bildirib. 

Vəzifələrini tərk edən nazirlərə göstərdikləri səylərə görə təşəkkür edən Petro ölkədə sosial barışığı təmin etmək üçün birliyə çağırıb.

Dəyişən nazirlərin yerinə Aurora Verqara Təhsil Naziri, Astrid Rodriguez isə İdman Naziri təyin edilib. Mədəniyyət Nazirliyinin adı hələ dəqiqləşdirilməyib.

Qeyd edək ki, Fevralın 16-da Kolumbiyada meydanlara toplaşan minlərlə insan ölkədə böyük müzakirələrə səbəb olan səhiyyə islahatları qanununa etiraz etmişdi.  Petro isə Konqresə təqdim edilən səhiyyə islahatı qanununun ölkədə sosial rifahın qurulması istiqamətində mühüm addım olduğunu bildirmişdi.

Ayxan

Kolombiya'da Cumhurbaşkanı Petro'nun kabinesinden 3 bakan görevlerinden ayrıldı

Oxşar Xəbərlər