DÜNYA ÖZ XƏBƏR

Sahibkar Yusifin güllələdiyi ata oğul görün kimdir - Zavodda mübahisə (FOTO)

Fındıq ticarəti ilə məşğul olan şəxslər arasındakı mübahisə qanla bitib.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə Ordu vilayətində yaşanıb.

Tərəflər arasında borc məsələlərinə görə mübahisə yaranıb. Yusif Ziya E. adlı ticarətçi mübahisə zamanı silahdan istifadə edərək ata və oğlunu güllələyib. Nəticədə hər iki şəxs ağır yaralanıb. Yaralılardan Evren Enginyurtun vəziyyətinin ağır olduğu bildirilib.

Qeyd edək ki, hadisədən sonra Yusif Ziya E. polis bölməsinə gedərək təslim olub.

Nurlan Şiraliyev

 

Oxşar Xəbərlər