
Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) İraqın Süleymaniyyə şəhərində əməliyyat keçirib.
32gun.az yerli KİV-nə istinadən xəbər verir ki, əməliyyat zamanı PKK/KCK üzvü Ramazan Günəş saxlanılaraq Türkiyəyə gətirilib.
Onun adı 12 terror aktında hallanır. Eyni zamanda bildirək ki, R.Günəşin 2011-2017-ci illər arasında törətdiyi terror aktları nəticəsində 57 əsgər, 1 polis və 2 təhlükəsizlik əməkdaşı şəhid olub.
Qeyd edək ki, terrorçunun yerinin təsbit edilməsi üçün bir ilə yaxın araşdırma aparılıb.
Nurlan Şiraliyev