DÜNYA ÖZ XƏBƏR

Polisi də ŞOKA salan olay: Qadını öldürüb qazanda bişirdilər - Keçmiş əri, qayınatası və qaynı saxlanıldı (FOTO)

Bir müddət əvvəl yoxa çıxan məşhur model Ebbi Çoyun vəhşicəsinə qətlin qurbanı olduğu məlum olub. 

32gun.az xarici KİV-ə istinadn bildirri ki, qan donduran hadisə Honq Konqda baş verib. 

28 yaşlı model Ebbi Çoyun itkisi pərəstişkarlarının böyük qorxusuna səbəb olub. Onun dəhşətli qətlin qurbanı olmasının üzə çıxması dünya ölkələrində də şoka salıb və  ayağa qaldırıb. 

Honq-Konq polisi kanalizasiya və zibillikləri axtarışlar aparıblar.  Çoyun keçmiş həyat yoldaşı Aleks Kvonqu, keçmiş qayınatası və qaynı saxlanılıb.  axtarışlar zamanı gənc modelə məxsus bəzi bədən üzvləri tapılıb.

Belə ki, Çoyun başı Tai Po şəhərindəki mənzildə şorba qazanında aşkarlanıb. 

Bölgə rəsmilərinin bildirdiyinə görə "Onun başının üstünün qabığı soyulana qədər qaynadılıb” deyə açıqlama verib. Ekspertiza zamanı kəllə sümüyündə dəlik əmələ gəldiyi də görülüb və  çuxurun güclü bir cisimlə vurulduqdan sonra yarandığını bildirib. 

Digər tərəfdən, polis gənc manekenin hər iki ayağının soyuducuda olduğunu açıqlayıb. Evdən tapılan başqa qazanda da insan qalıqlarının tapıldığı bildirilib. 

"Biz hadisə yerində iki qazan şorba tapdıq və onlardan birinin dərinliyi 50 santimetr, diametri isə 40 santimetr idi. Tərkibində sıx bir yağ, yerkökü və insana aid olduğunu düşündüyümüz ət var idi” - müstəntiq Alan Çunq bildirib. 

Dişlər üzərində aparılacaq analizlər nəticəsində kəllə sümüyünün gənc manekenə aid olduğu təsdiqlənəcəyi bildirilib. Lakin rəsmilər Çoyun gövdəsi və qollarının hələ də tapılmadığını açıqlayıb. 

Ölkə polisi həmçinin Çoyun lüks bir mənzil satmağı planlaşdırdığını və keçmiş həyat yoldaşının və qohumlarının bu satışı istəmədiyini bildirib.  Həmçinin polisin məlumtında Çoyun keçmiş həyat yoldaşının atasının  onu əvvəl də təhdid etdiyi açıqlanıb. 

"Təcavüzkarların qanın sıçramaması üçün divarları bağladıqlarını və üzlərinə maska ​​taxaraq önlük geyindiklərini aşkar etdik”- deyə bildirilib. 

"Onun Kvonqdan 10 yaşlı bir oğlu və 8 yaşlı bir qızı var. İndiki həyat yoldaşı Kris Tamdan isə 6 yaşlı qızı və 3 yaşlı bir oğlu var" deyə  Çoyun rəfiqəsi bildirib. 

Çoyun tez-tez keçmiş həyat yoldaşı və indiki həyat yoldaşı ilə bir araya gəldiyi və yaxın olduqları da bildirilib. 

Ayxan

Dünyayı ayağa kaldıran vahşet: Ünlü model korkunç bir cinayete kurban edildi! - Resim: 2

Dünyayı ayağa kaldıran vahşet: Ünlü model korkunç bir cinayete kurban edildi! - Resim: 1

Oxşar Xəbərlər