
İranın Qum və Burucərd şəhərlərindəki məktəblərdə 650 qız şagirdin zəhərləndiyi məlum olub.
32gun.az xəbər veirr ki, şagirdlərin başgicəllənmə, yorğunluq kimi şikayətlərlə xəstəxanaya aparıldığı, heç bir can itkisinin olmadığı bildirilib. Şagirdlərin məktəbə getməməsi üçün qəsdən zəhərləndiyi iddia edilib.
Belə ki, hadisə ilə bağlı açıqlama verən İranın Səhiyyə naziri Bəhram Eynollahi "Görünür, bəziləri bütün məktəblərin, xüsusən də qız məktəblərinin bağlanmasını istəyir” - deyə o bildirib.
İranın səhiyyə nazirinin müavini Yunus Pənahi “Baş verən zəhərlənmə çox yüngül keçib və heç kimdə heç bir fəsad yaratmayıb. Yalnız yorğunluq əlamətləri göründü. Zəhərdə istifadə olunan materiallar bazarda tapıla bilən məhsullardan ibarətdir. Zəhərlənmələr ölümcül deyil və panikaya gərək yoxdur" deyə bildirib.
İranda ilk zəhərlənmələr 2022-ci il noyabrın 30-da Qumdakı Nur Texniki Liseyindən 18 şagirdin xəstəxanaya yerləşdirildiyi zaman müşahidə edilib. O vaxtdan bəri əyalətdəki 10-dan çox qız məktəbində zəhərlənmə halları müşahidə olunmağa başlayıb.
Ayxan