DÜNYA ÖZ XƏBƏR

Dağıntılar altından çıxarılan qız İKTİN DÜŞDÜ

Dağıntılar altından çıxarılan 10 yaşlı qız itkin düşüb.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Mukaddes Erva adlı qızın atası neçə gündür ki, qızından xəbər ala bilmir.

O, qızının öldüyü düşünsə də, ortaya çıxan kamera görüntüləri Ervanın dağıntılar altından çıxarıldığını və təcili yardım avotmobilinə aparıldığını gözlər önünə sərib. Bildirək ki, sözügedən görüntüləri polisə təqdim edən Abdullah Aktaş qızının tapılmasını tələb edib.

Qeyd edək ki, Abdullah Aktaş və 10 yaşlı qızından başqa digər ailə üzvləri dağıntılar altında dünyasını dəyişib.

Nurlan Şiraliyev

10 yaşlı Ervanın xilas edilmə anının görüntüsü

Oxşar Xəbərlər