
Ümumilikdə 8658 il həbs cəzası alan Adnan Oktarın Boğazdakı lüks villası satılıb.
32gun.az Türkiyə Kİv-nə istinadən bildirir ki, Lüks villanı alan şəxs hər kəsi təəccübləndirib.
Belə ki, Ukrayna-Rusiya müharibəsi başlayandan sonra İngiltərəni tərk edərək İstanbulda malikanə kirayəyə götürdüyü deyilən rusiyalı milyarder Roman Abramoviçin Anadolu yaxasında villa alması xəbəri yayılıb. Daha sonra bu villanın Adnan Oktara aid olduğu ortaya çıxıb.
Qeyd edək ki, İstanbul Çengelköydə yerləşən villa Boğazın ən gözəl evlərindən biri sayılıb.
Həmin lüks villası 190 milyon lirəyə satışa çıxarılmışdı.
Ayxan