
Ərzurumda bədbəxt hadisə baş verib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, İlhami Dəmirtaş adlı vətəndaş başına buz parçası düşməsi nəticəsində faciəvi şəkildə dünyasını dəyişib.
Hadisə yerinə tibbi yardım qrupları çağırılsa da, vətəndaşın həyatını xilas etmək mümkün olmayıb.
Sözgedən hadisə anının görüntüləri təhlükəsizlik kameralarına əks olunub.
Nurlan Şiraliyev