DÜNYA ÖZ XƏBƏR

Nişanlı cütlük qətlə yetirildi - Hadisənin TƏFƏRRÜATI

Meşədə yaralı halda tapılan nişanlı cütlüklə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

Bildirək ki, başından güllə yarası alan gənc oğlan hadisə yerində dünyasını dəyişib.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisədən sonra xəstəxanaya aparılan yaralı qız da həyatını itirib.

Məlumata görə, qətlləri törədən şəxsin qızın atası olduğu bəlli olub. Gənc qızın iki gün əvvəl evdən qaçaraq nişanlısının yanına getdiyi və atasının qətli məhz bu səbəbdən törətdiyi iddia edilib.

Qeyd edək ki, təqsirli şəxs saxlanılaraq həbs edilib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər