DÜNYA ÖZ XƏBƏR

Bulvarda əlibıçaqlı şəxs küçənin ortasında soyunub... (VİDEO)

Sakaryanın Adapazarı bölgəsində qəribə hadisə baş verib.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, adı hələlik bəlli olmayan şəxs əlində bıçaqla küçənin ortasına çıxıb.

Daha sonra o paltarını soyunmağa başlayıb.

 Yarıçılpaq şəkildə  alt paltarı ilə küçənin ortasında dayanan şəxs ətrafındakılara söyüş söyüb,  təhqirlər yağdırıb. Ona vətəndaşlar müdaxilə edə bilməyib.

Olayla bağlı polisə məlumat verilib.

 Hadisə yerinə polis əməkdaşları sövq edilib.

Bıçağı bədəninə dayayaraq dəqiqələrlə küçədə qalan şəxsi polis zərərsizləşdirib.

Daha sonra polis maşınına mindirilən şəxs bölməyə aparılıb.

Hadisə anı şoka düşən vətəndaşlar tərəfindən telefonun kamerası ikə lentə alınıb.

Ayxan

 

Oxşar Xəbərlər