
"Azərbaycan Kağız və Karton İstehsalı Kombinatı" MMC məhkəməlik olub.
32gun.az-a daxil olan məlumata görə, sözügedən MMC gömrükdə qayda pozubb.
Bu səbəbdən şirkət barəsində İXM-nin 483-ci maddəsi ilə (Gömrük Qaydalari Əleyhinə Olan Inzibati Xətalar) protokol hazırlanıb və Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilib.
Bildirək ki, Nİzamnamə kapitalı 36 milyon manatdan çox olan (36035116.76AZN) "Azərbaycan Kağız və Karton İstehsalı Kombinatı" MMC-nin qanuni təmsilçisi Elşən Osmanov Əlibala oğludur.
“Azərbaycan Kağız və Karton İstehsalı Kombinatı” MMC Abdulbari Gözəlin rəhbəri olduğu “Azərsun Holdinq”ə məxsusdur.
Xatırladaq ki, "Azərbaycan Kağız və Karton İstehsalı Kombinatı" 2007-ci ildə yaradılıb. Müəssisə Sumqayıt şəhərində fəaliyyət göstərir.
Ayxan