
İstanbulun Şişli bölgəsində gecəqondulardan birindi partlayış baş verib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə saat 10.30 radələrində yaşanıb.
Partlayışdan sonra güclü yanğın baş verib. Əraziyə çox sayda yanğınsöndürən cəlb edilib.
Bildirək ki, partlayışın səbəbi hələlik məlum deyil, bununla bağlı araşdırmalar davam edir.
Nurlan Şiraliyev