DÜNYA ÖZ XƏBƏR

Yaponiyada H3 raketi havaya qalxdıqdan sonra partladıldı

Yaponiyada havaya buraxılan və müşahidə peyki daşıyan yeni tipli H3 raketinin ikinci mühərrik işə düşmədiyi üçün partladılıb.

32gun.az bildirir ki, Yaponiya Kosmik Tədqiqatlar Agentliyinin (JAXA) bu barədə açıqlama yayıb.

Açıqlamada  bildirirlir ki, yerli vaxtla saat 10:37-də paytaxtın 1000 kilometr cənubunda yerləşən Taneqaşima Kosmik Mərkəzindən atılan H3 raketinin ikinci pilləli mühərriki havaya qalxdıqdan 8 dəqiqə sonra alışa bilməyib. 

Müvafiq olaraq, H3 raketinə yerli vaxtla səhər saat 10.50 radələrində partladılması tapşırılıb.

Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya (MEXT) naziri Naqaoka Keiko yaranmış vəziyyətə görə ictimaiyyətdən üzr istəyib. 

“Xalq və maraqlı tərəflərin ümidlərini doğrultmadığını” deyən Naqaoka bildirib ki, MEXT və JAXA-nın problem yaradan səbəbləri dərhal müəyyən ediləcək.

Raketin yükünə Yaponiya Müdafiə Nazirliyinin Qabaqcıl Quruda Müşahidə Peyki-3 daxildir ki, bu da raketin erkən xəbərdarlıq sistemini ehtiva edir. Mitsubishi Heavy Industries (MHI) və JAXA tərəfindən istehsal edilən 63 metr uzunluğunda və 5,2 metr enində olan raket H2A raketinin varisi kimi tanınır. H3 raketi ilə H2A raketinin yükgötürmə qabiliyyətini 1,3 dəfə artırmaq və buraxılış xərclərini yarıya endirmək hədəflənirdi. 

MHI və JAXA tərəfindən 9 il əvvəl istehsal olunan H3 raket layihəsinin təxminən 200 milyard yen (1,5 milyard dollar) dəyərində olduğu təxmin edilir.

Ayxan 

 

 

Oxşar Xəbərlər