Prezidentin 60 illiyi münasibətilə keçirilən yarış başa çatdı (FOTOLAR)
Şəhid Telman Abbasov adına 225 N-li məktəbdə Prezident İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş məktəbdaxili “Şən Startlar” yarışının sonuncu - üçüncü günündə V siniflər mübarizə aparıb.
Tədbirin üçüncü günündə də dövlət himni səsələnib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Həmçinin məktəbin direktoru Sevda Eminova rəşadətli ordunun, müzəffər Ali Baş Komandanın 60 illik yubileyi ilə bağlı geniş nitq söyləyib və yarışın ikinci gününə start verilib.
32gun.az xəbər verir ki, 20-22dekabr tarixlərində baş tutan yarışın sonuncu günü 5-ci siniflər arasında keçirilən yarışda isə 1-ci yeri "5E", 2-ci yeri "5C", 3-cü yeri isə "5A" sinifləri tutublar.
Qaliblər xüsusi hazırlanmış diplom və medallarla təltif olunublar.
Həmçinin oxu: *Prezidentin 60 illiyi münasibətilə yarış təşkil olundu - FOTOLAR
* Prezidentin 60 illiyi münasibətilə keçirilən yarışın ikinci günü (FOTOLAR)