
Gəncədə qəza hadisəsi baş verib.
32gun.az bildiriri ki, "Mercedes"lə "KİA" markalı avtomobil toqquşub.
Hadisə şahidlərinin saytımıza bildirdiyinə görə, qəzaya səbəb "KİA" markalı avtomobilin sürücüsü olub. Belə ki, o "Mercedes"ə sürücünün olduğu tərəfdən dəyib. Hadisə nəticəsində içəridə sıxışıb qalan "Mercedes"in sürücüsünü ətrafdakılar çıxarıb.
Xoşbəxtlikdən ölən olmayıb.
Həmçinin bildirilir ki, "Mercedes"in sürücüsü 19 yaşlı Nicat adlı gəncdir. Avtomobil atasınına məxsusdur. Həmin gün sükan arxasında Nicat olub.
Ayxan