HADİSƏ ÖZ XƏBƏR

Altı gün sonra tapılan qız polisdən görün nə İSTƏDİ

6 gün öncə itkin düşən qız tapılıb.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Büşra A. adlı qızın sosial şəbəkədə tanış olduğu Yaqub K. ilə görüşmək üçün evdən qaçdığı, bir daha geri dönmədiyi bəlli olub. Qızlarından xəbər ala bilməyən ailə polisə məlumat verib. Polis hadisə ilə bağlı araşdırma başlatsa da, iktin düşən qızın ailəsinə, Yaqub K.-nın ailəsi tərəfindən pul qarşılığında şikayətlərini geri çəkmələri təklif olunub.

Aparılan araşdırmalardan sonra Büşra A. martın 11-də Yaqub K.-ya məxsus evdən tapılıb. O, şikayətçi olmadığını bildirərək, izahat verib. Yetkinlik yaşına çatmayan qız polisdən yataqxanaya yerləşdirilməsini xahiş edib. Daha sonra Yaqub K. və anası polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, hadisə 5 mart saat 04.00 radələrində baş verib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər