HADİSƏ

Məcburi köçkünlərin məskunlaşdığı tikili YANDI

Ağcabədi şəhərində məcburi köçkünlərin məskunlaşdığı ümumi sahəsi 150 m² olan birmərtəbəli (arakəsmə divarları taxta konstruksiyadan ibarətdir) tikilidə yanğın olub.

32gun.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 24 m² olan otağın yanar konstruksiyaları və ev əşyaları, bitişik ümumi sahəsi 16 m² olan otağın arakəsmə divarı 4 m² sahədə və ev əşyaları yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar Xəbərlər