DÜNYA ÖZ XƏBƏR

Ərdoğanın seçki manifesti ortaya çıxdı

Mayın 14-də keçiriləcək seçkilərə 50 gündən az vaxt qalıb və  siyasətçilərin işi sürətlə davam edir.

Hətta Prezident Rəcəb Tayyib Ərdoğanın mayın 14-nə qədərki proqramı, AK Partiyanın seçki kampaniyası dövrü və seçki manifestinin təfərrüatları ortaya çıxıb. 

32gun.az "Sabah" qəzetinə istinadən bildirir ki, manifestdə Prezident Ərdoğan mitinq əvəzinə yalnız qatıldığı vilayətlərdəki açılış mərasimlərində xalqla görüşəcəyi, zəlzələ bölgəsi ilə yanaşı digər vilayətlərə də gedəcəyi qeyd edilb.

Həmçinin bildirilir ki,  Seçki manifestinin  ən mühüm hissəsi zəlzələ zonası ilə bağlı layihələr olacaq. Ancaq Türkiyənin demək olar ki, hər vilayətində güclü bir şəhər çevrilmə başlayacaq. Şəhərlərin dayanıqlı olması üçün addımlar atılacaq. Hər vilayət üçün xüsusi planlar veriləcək. İstanbulun çevrilməsi üçün də xüsusi plan hazırlanır.

Məlumata görə, seçki manifestinin ən mühüm hissələrindən biri iqtisadiyyat olacaq. Dünyada baş verən proseslər nəzərə alınaraq “Yeni İqtisadiyyat Modeli” “Yaradıcı İqtisadi Model” adı altında yenilənəcək.

Seçki manifestində qadın hüquqları da ətraflı şəkildə yer alacaq.

Ayxan 

Oxşar Xəbərlər