DÜNYA ÖZ XƏBƏR

Dəhşətli HADİSƏ: 14 yaşlı qız qatil tutub anasını öldürdü (FOTO)

Rusiyada dəhşətli hadisə baş verib.

32gun.az Rusiya KİV-nə istinadən bildriri ki, 14 yaşlı qız sevgilisi ilə birləşərək qatil kirayələyib və anasını öldürüb.

38 yaşlı bekar olan ana Anastasiya Milosskayanın meyiti Rusiyanın Moskva yaxınlığında zibil konteynerində  torbaya bükülmüş halda  tapılıb.

Yerli mətbuatın yazdığına görə, 14 yaşlı qız sevgilisini görməyə icazə vermədiyi üçün anasını öldürtmək qərarına gəlib. Bu səbəbdə o 2 qatil kirayələyib.

Bunun müqabilində 3650 funt sterlinq pul  qatillər 14 yaşlı qızın xahişini qəbul edərək Milosskayanı öldürüblər.

14-17 yaşlarında olan dörd şübhəlinin hamısı tutularaq islah müəssisəsinə göndərilib. Yetkinlik yaşına çatmayanlar kimi məhkəmənin sonunda onlara maksimum 10 il həbs cəzası veriləcəyi gözlənilir.

Ayxan

Oxşar Xəbərlər