SOSIAL

"Şuşaya çəkilən Zəfər yolu Haqqın yoludur" - "CARÇIOGLU GROUP" MMC-nin rəhbəri və kollektivinin Prezidentə təbriki

Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin 60 yaşı tamam olur.

Müdrik siyasətçi, uzaqgörən lider cənab İlham Əliyev Azərbaycan tarixində ilkə imza atan dövlət başçısıdır. Zaman-zaman işğala məruz qalan Azərbaycan torpaqları heç bir hökmdar tərəfindən geri qaytarıla bilmədi.

Prezident İlham Əliyev yeganə dövlət başçısıdır ki, Azərbaycanın işğalda olan ərazilərini geriyə qaytardı. Mədəniyyətimizin paytaxtı Şuşa 30 ilə yaxın bir zamanda (08.05.1992-08.11.2020) yağı tapdağında inlədi. Şuşa inamını itirmədi. Öz Qəhrəman rəhbərinin, Qəhrəman oğullarının yolunu gözlədi. Bu inam ötən ilin noyabr ayında həqiqətə çevrildi. Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən daxili və xarici siyasəti nəticəsində işğal altında olan Qarabağ torpaqları azad olundu.

Cənab Prezident İlham Əliyevin qətiyyəti və əzmkarlığı sayəsində status məsələsinə birdəfəlik son qoyuldu və bütün dünya agah oldu ki, Qarabağ Azərbaycandır!

Şuşaya çəkilən Zəfər yolu Haqqın yoludur. Zəfər yolu ədalətin bərpasıdır. Cənab İlham Əliyev ədaləti bərqərar etdi.

Tarixə qələbə İMZASI atan cənab Ali Baş Komandan İlham Əliyevi 60 illik yubileyi münasibətilə "CARÇIOGLU GROUP" MMC-nin rəhbəri Elçin Carçıyev və şirkətin bütün əməkdaşları təbrik edir.

Azərbaycan naminə yaşadığı ömürdə cənab Prezidentə uzun ömür, möhkəm can sağlığı arzulayır. Biz hər zaman sizinləyik, cənab Ali Baş Komandan. Biz birlikdə güclüyük.

Hörmətlə: "CARÇIOGLU GROUP" MMC-nin mətbuat xidməti

Oxşar Xəbərlər