İtaliyanın sabiq baş naziri Silvio Berluskoni yenidən xəstəxanaya yerləşdirilib.
32gun.az İtaliyanın Rainews24 kanalına istinadən xəbər verir ki, 86 yalı Berluskoni bu gün səhər saatlarında Milandakı San Rafaelle xəstəxanasına aparılıb. Onun xəstəxanaya yerləşdirilməsinə səbəb kimi ürək-damar problemlərinin olması göstərilib. Hazırda vəziyyətinin stabil olduğu və müalicəsinin davam etdirildiyi bildirilir.
Qeyd edək ki, Silvio Berluskoni 1994-2011-ci illər arasında İtaliyada baş nazir vəzifəsini icra edib. O, İtaliyanın ən uzun müddətə təyin olunan baş naziri olub.
Xatırladaq ki, Berluskoni daha öncə 2020-ci ilin sentyabr ayında koronavirusa yoluxduğu üçün xəstəxanaya yerləşdirilmişdi.
Nurlan Şiraliyev