HADİSƏ

Azərbaycanda faciəvi hadisə: 3 nəfər ölüb, 3 nəfər yaralanıb

Salyan rayonunda 3 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

"Report”un məlumatına görə, hadisə rayonun Kürsəngi kəndi ərazisində qeydə alınıb.

Yaralılardan biri 2-3 yaşlı uşaq, digərləri isə qadın və kişidir. Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda ölən və yaralananların şəxsiyyətləri dəqiqləşdirilir.

Oxşar Xəbərlər