Füzuli icra başçısının müavini Gülbahar Eyvazovanın həyat yoldaşı Habil Eyvazov özünə məxsus sosial şəbəkə hesabında canlı yayım açıb və ona yazılan rəylərə cavab verərkən insanların dini dəyərlərini aşağılayıcı zarafatlar edib.
Bu görüntülər sosial şəbəkədəki digər səhifələrdə yenidən paylaşılıb, H.Eyvazov tənqid hədəfinə tuş gəlib.
Habil Eyvazov eyni zamanda Füzuli İcra Hakimiyyətində sürücü vəzifəsində çalışır.
Xatırladaq ki, Füzuli İcra Hakimiyyətinin başçısı Nuşrəvan Alıyevdir.