Radio və Televiziya Ali Şurasının (RTÜK) üzvü İlhan Taşçı sosial şəbəkədəki hesabından FOX "Ana Haber" verilişinin aparıcısı Gülbin Tosunun qalmaqallı debatı ilə bağlı açıqlama verib.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, RTÜK üzvü İlhan Taşçı aparıcınının qalmaqallı çıxışı ilə bağlı açıqlama verərərək kanalın cərimələndiyini bildirib:
"RTÜK, əsas xəbər aparıcısı Gülbin Tosunun hökumətin qadınlarla bağlı "Oxumasın , evdən çıxmasın, uşaq dünyaya gətirsin" anlayışını tənqid etdiyi üçün Fox TV-ni 3% cərimələdi".
Qeyd edək ki, Fox TV-nin aparıcısı Gülbin Tosunun Cümhur İttifaqının genişlənməsindən sonra verdiyi açıqlamalar diqqət çəkmişdi.
Ayxan